Sabiq hücumçu Dieqo Forlan tennisdə debüt edib. Matc.az xəbər verir ki, 45 yaşlı uruqvaylının debütü uğursuz alınıb.

Forlan Montevideoda “Çelenc” turnirində iştirak edib. O, argentinalı Federiko Koriya ilə eyni cütlükdə Boliviyadan olan Boris Arias-Federiko Sebalyosa qarşı mübarizə aparıb. Forlanın yer aldığı cütlük 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 2002-2014-cü illərdə Uruqvay millisində 112 oyunda 36 qol vuran Forlan karyerası ərzində Avropanın "Mançester Yunayted", “Vilyarreal”, "Atletiko" və “İnter” klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest