14 Noyabr 2024, 16:36
FUTBOL
Türkiyə yığmasının sabiq müdafiəçisi Ömər Toprak futbolla vidalaşıb. Matc.az xəbər verir ki, 35 yaşlı oyunçu karyerasını bitirib.
Bu barədə məlumatı Ömərin özü açıqlayıb.
Qeyd edək ki, karyerası ərzində "Frayburq", "Borussiya" (Dortmund), "Verder" və "Bayer" klublarında da oynamış Ömər Toprak son olaraq "Antalyaspor"un formasını geyinib.