İspaniya yığmasının, həmçinin "Barselona"nın sabiq futbolçusu Andres İnyesta klub alıb. Matc.az xəbər verir ki, İnyestanın sahib olduğu "Never Say Never" (NSN) şirkəti Danimarkanın "Helsinger" klubuna yiyələnib.

Bu barədə məlumatı keçmiş yarımmüdafiəçinin özü açıqlayıb. O, klubu inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, İnyesta futbolçu karyerasını ötən ay bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest