14 Noyabr 2024, 12:18
FUTBOL
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer London klubunu tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu “zadəganlar”la vidalaşmağa tələsmir.
O, “Çelsi”dən ayrılmağı planlaşdırmadığını vurğulayıb: “Mançester Siti”də olanda bir gün məşq zamanı klublar arasında mənimlə bağlı danışıqlar aparıldığı çalışdığı deyildi. Hər dəfə top kənara çıxanda avadanlığa məsul şəxsdən soruşurdum ki, klublar məbləği razılaşdırıblarmı. Amma indiki klubumdakı durumumdan tam razıyam və getməyi düşünmürəm”.
Qeyd edək ki, Koul Palmer 2023-cü ilin sentyabrında 47 milyon avroya “Mançester Siti”dən "Çelsi"yə keçib. O, həmin vaxtdan bəri 58 matçda 32 qol vurub, 20 məhsuldar ötürmə verib.