14 Noyabr 2024, 10:24
FUTBOL
“Tottenhem”in müdafiəçisi Pedro Porronun adı “Real”la birgə hallanır. Matc.az xəbər verir ki, İspaniya millisinin üzvü bu söz-söhbətlərə münasibət bildirib.
25 yaşlı sağ cinah oyunçusu “kral klubu”na keçəcəyi ilə bağlı iddiaları təkzib edib: “Dostlar mənə şayiələr göndərirlər. Bu, həm də tərifdi. Amma mən bütün diqqətimi “Tottenhem” və milli komandada oynamağa yönəldirəm. Yaxşı görülən işin nəticəsidi ki, dünyanın ən yaxşı klublarından biri mənə diqqət yetirdi”.
Qeyd edək ki, “Tottenhem”ə ötən il “Sportinq”dən keçən Pedro Porronun londonlularla müqaviləsi 2028-ci ilin yayına qədərdi.