İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramosun işsiz günləri başa çata bilər. Matc.az xəbər verir ki, "Sevilya"dan ayrıldıqdan sonra klubsuz qalan təcrübəli futbolçunun karyerasını Braziliyada davam etdirmək ehtimalı böyükdü.

38 yaşlı müdafiəçi hazırda "Korintians" klubu ilə danışıqlar aparır. Danışıqların müsbət nəticələnəcəyi gözlənir.

Qeyd edək ki, Ramos 2005-2021-ci illərdə şərəfini qoruduğu İspaniya yığmasında 180 oyunda 23 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest