Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) müxtəlif ölkələrin çempionatlarında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların statistikasını tərtib edib. Matc.az xəbər verir ki, siyahıda Misli Premyer Liqasının iştirakçılarının da göstəriciləri yer alıb.
Bu göstəricidə də Azərbaycan üzrə birincilik “Qarabağ”a məxsusdu. Çempionatımızda cərimə meydançasından qapıya ən çox zərbə vuran klub məhz Ağdam təmsilçisidi. Qurban Qurbanovun komandası hər görüşdə orta hesabla 6,67 dəfə cərimə meydançasından qapıya zərbə vurub.
İkinci pillədə qərarlaşan “Sabah”da bu göstərici 6, üçüncü yerin sakini "Turan Tovuz"da isə 4.38-ə bərabərdi.
Dördüncü yerdə "Neftçi" (ortalama 4.31 zərbə), beşinci pillədə "Araz-Naxçıvan" (3.83), altıncı sırada "Şamaxı" (3.75), yeddinci yerdə "Sumqayıt" (3.67), səkkizinci pillədə "Zirə" (3.54), doqquzuncu sırada "Kəpəz" (2.46), onuncu yerdə isə "Səbail" (2.08) qərarlaşıb.