Hücumçu Entoni “Mançester Yunayted”dən ayrılmağı düşünür. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü Premyer Liqa klubundakı mövqeyindən narazıdı.

Entoni klubdakı gələcəyini dəqiqləşdirmək üçün rəhbərliklə danışıqlar aparmaq istəyir. Vəziyyət dəyişməsə, 24 yaşlı forvard “qırmızı şeytanlar”ı tərk etməyə çalışacaq.

Qeyd edək ki, Entoni “Mançester Yunayted”ə 2022-ci ildə “Ayaks”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest