İngiltərə Premyer Liqasının 4 klubu “Mançester Siti”nin 115 qayda pozuntusuna görə təzminat tələb edir. Matc.az xəbər verir ki, bunlar “Arsenal”, “Liverpul”, “Tottenham” və “Mançester Yunayted”di.
İngiltərə Premyer Liqasının 4 klubu “Mançester Siti”nin 115 qayda pozuntusuna görə təzminat tələb edir. Matc.az xəbər verir ki, bunlar “Arsenal”, “Liverpul”, “Tottenham” və “Mançester Yunayted”di.
“Mançester Siti”nin ciddi maliyyə pozuntularında təqsiri sübuta yetirilsə, adıçəkilən klubların rəsmiləri kompensasiya üçün arbitraj məhkəməsinə müraciət edəcək.
Bildirişlər hüquqşünasların 6 illik məhdudiyyət müddətinin tezliklə başa çata biləcəyi barədə klubları xəbərdar etməsindən sonra göndərilib.
“Mançester Siti”yə qarşı irəli sürülən ittihamlar sübuta yetirilsə, klublar titul qazana və ya avrokuboklara yollana bilmədiklərinə görə itirilmiş gəlirlərə görə kompensasiya tələb edəcəklər. İtirilmiş mənfəət bir neçə yüz milyon funt-sterlinqə qədər ola bilər.