"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi baş tutmaya bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun tələb etdiyi maaşdı.

Belə ki, 26 yaşlı orta sahə oyunçusu yeni keçəcəyi komandada illik 13 milyon funt-sterlinq məvacib qazanmaq istəyir. Lakin madridlilər PSJ-nin hücumçuları Kilian Mbappe və ya Neymarı alaraq, ona yüksək məvacib verməyi planlaşdırır.

Poqba ilə klub ortaq məxrəcə gələ bilsə, "Real" onu 150 milyon avroya transfer edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest