11 Fevral 2025, 12:52
FUTBOL
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Mançester Siti” ilə bu gecə keçiriləcək oyun haqda danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşə hazır olduqlarını dilə gətirib.
İtalyan çalışdırıcı oyunöncəsi mətbuat konfransında bunları deyib: “Çempionlar Liqasında ən yaxşı komandalar və məşqçilərlə üz-üzə gəlirsən. Bu mənada, işlərin alınmamaq ehtimalı həmişə var. Amma biz oyuna tam hazırıq. Çempionlar Liqasında mübarizə dayandırsaq belə, həmişə üzləşməyə hazıram”.
Qeyd edək ki, görüş saat 00:00-da start götürəcək.