Üçüncü yerdə "İnter Mayami"nin formasını geyinən Lionel Messi qərarlaşıb. Messi karyerası ərzində penaltidən 109 qol vurub və 31 dəfə uğursuzluq yaşayıb.
"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.
Matc.az xəbər verir ki, siyahıda birinci yerdə karyerasında 172 penaltini qola çevirən "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Ronaldonun 31 cəhdi uğursuz olub.
İkinci sırada "Barselona"nın və Niderland millisinin əfsanəvi mərkəz müdafiəçisi, 111 penalti zərbəsini dəqiq yerinə yetirən Ronald Kuman qərarlaşıb. O, cəmi 7 dəfə topu qapı torundan keçirə bilməyib.
Üçüncü yerdə "İnter Mayami"nin formasını geyinən Lionel Messi qərarlaşıb. Messi karyerası ərzində penaltidən 109 qol vurub və 31 dəfə uğursuzluq yaşayıb.
Reytinqin ilk "beşliy"ində isə İtaliya futbolunun əfsanələri Roberto Baccio və Françesko Totti də yer alıblar. Baccio 100 dəfə penalti vurubsa (18 uğursuz), Totti bunu 86 dəfə (20 uğursuz) etməyi bacarıb.