30 May 2019, 11:44
TOP OYUNLARI
"İspaniya sürətli voleybol oynayan komandadı və biz buna bir daha şahid olduq". Matc.az saytı xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Covanni Kaprara deyib.
Qızıl Avropa Liqasının II turunda İspaniyanı qəbul edən yığmamız 0:3 hesablı məğlubiyyətə düçar olub.
Qarşılaşmanı dəyərləndirən italiyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu söyləyib: "Rəqib bütün zonalarda yaxşı oyun göstərdi. Buna baxmayaraq, komandamın oyunundan razı qaldım. Bundan nəticə çıxararaq növbəti oyunlara daha ciddi hazırlaşmalıyıq. Bildiyiniz kimi, növbəti rəqib Finladiya yığmasıdı. Onlar da sürətli voleybol oynayan komandadı".