"Zədələrimin olması mənim vaxtında milli ilə məşqlərə qoşulmağıma mane oldu". Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Anastasia Qurbanova deyib.

30 yaşlı voleybolçu komandasının Qızıl Avropa Liqasındakı çıxışını dəyərləndirib. O, zədədən yeni döndüyünü söyləyib: "Məşqlərə başladığım gündən çalışıram oyunlarda yaxşı formada çıxış edim. Belarusla matçdan sonra yığma ilə birlikdə məşqlərə başladım. İspanlarla oyunda isə əsas heyətdə çıxış etdim. Düzdü, ispanlarla görüş gözlədiyimiz kimi alınmadı. İstədiyimiz oyunu göstərə bilmədik".

Qurbanova sabah Finlandiyaya qarşı keçiriləcək növbəti oyun haqda da danışıb: "Qızıl Avropa Liqasında mübarizəmiz davam edir. Növbəti oyunumuz Finalandiyaya qarşı olacaq. çalışacağıq daha yaxşı oynayaq. Yeni baş məşqçimizlə məşqlərə davam edirik, hər məşqdə texniki və taktiki yeniliklər öyrənirik. Ən əsası, komanda şəklində hər birimiz yaxşı məşq edir və çalışırıq məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest