Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

Matc.az xəbər verir ki, yığmamız doğma meydanda Fransanı qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, D qrupunda mübarizə aparan yığmamızın aktivində 1 xal var. Qrupa 13 xalla Fransa liderlik edir.

DÇ-2026
Seçmə mərhələ,
 D qrupu
16 noyabr

21:00. Azərbaycan - Fransa
Baş hakim: Andris Treimanis
Baş hakimin köməkçiləri: Haralds Gudermanis, Aleksey Spasennikovs
Dördüncü hakim: Vitalis Spasyoņņikovs
(Hamısı Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)
Tofiq Bəhramov adına Respublika stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest