Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu "Universitatya Krayova" ilə qarşılaşıb.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"in rəqibi olan Rumıniya təmsilçisi ilə "Qarabağ"ın oyununda hesab açılmayıb.

Qeyd edək ki, Avstriyadakı ilk sınaq matçında "Ludoqorets"ə məğlub olan (0:2) "Qarabağ" həmçinin “Ufa” (Rusiya - 28 iyun) və “Viktoriya” (Çexiya - 2 iyul) ilə qarşılaşacaq.

 

Yoxlama görüşü

25 iyun

"Qarabağ" - "Universitatya Krayova" (Rumıniya) - 0:0

“Qarabağ”: 13. Vaqner (q), 5. Maksim Məmmədov, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest