28 May 2026, 17:05
FUTBOL
"Liverpul"un qapıçısı Giorgi Mamardaşvili karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Yuventus", "İnter" və "Fiorentina" klublara gürcüstanlı qolkpiperi növbəti mövsüm üçün icarəyə götürmək təklif olunub. Hazırda tərəflər müzakirələr aparır.
Giorgi Mamardaşvili 2025/26 mövsümündə Arne Slotun komandasında 20 oyuna çıxıb, ümumilikdə 34 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı 25 yaşlı qapıçının bazar dəyərini 28 milyon avro qiymətləndirirlər. Onun "qırmızılar"la hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.










_1779972117.jpg)


