"Udineze"nin mərkəz müdafiəçisi Oumar Sole böyük ehtimalla karyerasını digər İtaliya təmsilçisi "İnter"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya çempionu 26 yaşlı fransalı futbolçunu uzun müddətdir ki, yaxından izləyir və artıq rəsmi addımlar atmağa başlayıb. "İnter"in baş məşqçisi Kristian Çivu mövsümöncəsi təlim-məşq toplanışının elə ilk günlərindən Solenin komandanın düşərgəsində olmasını tələb edir.

Keçidlə bağlı oyunçu ilə şəxsi müqavilənin şərtləri artıq tam razılaşdırılıb. Razılığa əsasən, Sole Milan klubuna 25 milyon avroluq satınalma opsiyası ilə 1 illik icarəyə veriləcək. Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə, bu opsiya avtomatik olaraq aktivləşəcək.

Fransalı müdafiəçinin "Udineze" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu səbəbdən o, "İnter"ə keçməzdən əvvəl klubunun maraqlarını qorumaq üçün "Udineze" ilə olan sözləşməsini ən azı daha 1 il uzadacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest