"Mançester Siti"nin braziliyalı hücumçusu Savinyo karyerasını digər İngiltərə klubu "Tottenhem"də davam etdirməyə çox yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.

Klublar və oyunçunun nümayəndələri arasında aparılan danışıqlar olduqca aktiv fazadadır və tərəflər arasında artıq prinsipial razılaşma əldə edilib. Savinyo London təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə şərtlərinə razılıq verib.

Bu keçidin reallaşmasında əsas yaradıcı qüvvə "Tottenhem"in yeni baş məşqçisi Roberto De Zerbidir. İtalyan mütəxəssis 22 yaşlı braziliyalı vingeri komandanın hücum xətti üçün ideal əlavə hesab edir.

Qeyd edək ki, Savinyo başa çatan mövsümdə "Mançester Siti"nin heyətində ümumilikdə 36 rəsmi matçda meydana çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı gənc futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest