10 İyun 2026, 09:50
FUTBOL
"Atalanta" baş məşqçi Raffaele Palladino ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Rafaelle Palladino 2025-ci ilin noyabrında "Atalanta"nın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Berqamo təmsilçisi A Seriyasında mövsümü 59 xalla 7-ci pillədə başa vurub.








_1781108547.jpg)




