10 İyun 2026, 10:32
FUTBOL
"Fulhem"dən ayrılan Raul Ximenesin yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, meksikalı hücumçu karyerasını Çempionşipdə davam etdirəcək.
Ximenes "Vulverhempton"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Raul Ximenes ötən mövsüm "Fulhem"in heyətində Premyer Liqada keçirdiyi 36 oyunda 9 qol vurub, 3 qol ötürməsi edib.








_1781108547.jpg)




