08 Avqust 2026, 13:06
FUTBOL
"Nyukasl" "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Höybyerqi transfer etmək imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, "sağsağanlar" Danimarka millisinin 31 yaşlı oyunçusuna 75 milyon funt-sterlinq qarşılığında "Arsenal"a keçən Bruno Qimaraeşin əvəzləyicisi kimi baxırlar.
Höybyerqin transferi 15 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.
Yarımmüdafiəçi daha əvvəl Premyer Liqada "Tottenhem" və "Sauthempton" klublarında çıxış edib.













