Kataloniyanın "Barselona" klubu Ronald Arauxonun İngiltərənin "Liverpul" klubuna planlaşdırılan transferindən sonra komandaya yeni mərkəz müdafiəçiləri tapmaq üçün transfer bazarını araşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, daha əvvəl idman rəhbərliyi və baş məşqçi Hans-Diter Flik hazırda komandada olan mərkəz müdafiəçilərinin növbəti mövsüm üçün kifayət edəcəyini düşünürdülər. Lakin qarşıdakı Çempionlar Liqası oyunları fonunda bu məsələ ilə bağlı şübhələr yaranıb. Əsas heyət oyunçusu olmayacağı özünə bildirilən Arauxonun gedişindən sonra "Barselona"nın idman direktoru Deku kataloniyalıların müdafiəsinin mərkəzi üçün aktiv şəkildə digər variantları axtarmağa başlayıb.

Namizədlər arasında hazırkı dünya çempionu Emerik Laport da var, lakin hələlik yalnız klub prezidenti Joan Laportanın dünya çempionatı zamanı oyunçunun ailəsi ilə qeyri-rəsmi görüşü baş tutub.

Həmçinin bu mövqeyə "Tottenhem"dən Kristian Romero, "Leypsiq"dən Kastello Lukeba, "Arsenal"dan Uilyam Saliba və 18 yaşlı avstraliyalı müdafiəçi Lukas Gerriqton nəzərdən keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest