"Yuventus"un və Türkiyə millisinin vingeri Kənan Yıldız karyerasını Londonun "Arsenal" klubunda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Bildirilir ki, hücum xəttini ulduz futbolçu ilə gücləndirmək istəyən "Arsenal" Vinisiusun keçidi uğursuz alındıqdan sonra diqqətini Yıldıza yönəldib.
Turin təmsilçisinin 86 milyon funt-sterlinqdən aşağı olan təklifləri nəzərdən keçirməyəcəyi gözlənilir. London klubu bu ilin iyununda da gənc vingeri heyətinə qatmağa çalışsa da, həmin vaxt İtaliya klubu 100 milyon avroluq rəsmi təklifi rədd etmişdi.
Kenan Yıldız 2022-cü ilin yayında Münhen "Bavariya"sından azad agent statusu ilə ayrılaraq "Yuventus"a qoşulub. Ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxan futbolçu 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Cari ilin fevralında 21 yaşlı vinger Turin klubu ilə müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb. "Transfermarkt" onun dəyərini 75 milyon avro qiymətləndirir.













