08 Avqust 2026, 17:51
FUTBOL
"Roma" yarımmüdafiəçisi Lorentso Pelleqrini ilə müqavilənin müddətini uzatdığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmanın təfərrüatları dəqiqləşdirilməsə də, 30 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq və daha bir mövsüm uzadıla bilər.
Pelleqrini "Roma"nın yetirməsidir. Onun klubun heyətində debütü 2015-ci ildə baş tutub, bundan sonra o, iki mövsüm "Sassuolo"da çıxış edib və daha sonra Romaya qayıdıb.
Pelleqrini 2021-ci ildən 2025-ci ilə qədər olan dövrdə "Roma"nın kapitanı olub.













