Fransanın PSJ klubu "Real"ın heyətində çıxış edən Türkiyə millisinin futbolçusu Arda Gülərin transferi üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, Fransa təmsilçisi 21 yaşlı ulduz futbolçu üçün 115 milyon avroluq bir təklif irəli sürüb. Madrid klub bu təklifə mənfi cavab verərsə, PSJ-nin "transfer pəncərəsi"nin sonuna yaxın təzyiqi artıraraq daha yüksək məbləğ təklif etmək üçün kifayət qədər maddi qaynağa sahib olduğu qeyd edilir.

Arda Gülərin transferi rəsmiləşərsə, müqavilədəki 20 faizlik sonrakı satışdan pay bəndi sayəsində "Fənərbaxça klubu da ən azı 23 milyon avro gəlir əldə edəcək.

Ötən mövsüm Madrid klubunun heyətində 51 rəsmi matçda meydana çıxaraq 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalan gənc yarımmüdafiəçinin "Real" ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest