Futbol üzrə Argentina millisinin kapitanı, səkkizqat "Qızıl top" mükafatçısı və 2022-ci il dünya çempionatının qalibi Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə "Infobae" qəzeti məlumat yayıb.

Bildirilir ki, futbolçunun həm də meneceri olan Xorxe Messi ötən gecə Argentinanın Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən sonra reanimasiyada vəfat etdiyi qeyd olunub.

Xorxe Messi oğlunun futbol karyerasında ən böyük pay sahiblərindən biri və onun əsas idarəçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest