"Milan" "Boka Xuniors"un yarımmüdafiəçisi Leandro Paredeslə maraqlanır və artıq Argentina klubuna oyunçunun transferi ilə bağlı təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.

Bildirilir ki, Milan klubu yay "transfer pəncərəsi" bağlanana qədər mərkəz zonasını gücləndirmək niyyətindədir. Bununla bərabər, müqavilənin başa çatması üçün futbolçunun özü ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlmək tələb olunacaq.

Bildirilir ki, Milan təmsilçisi yay "transfer pəncərəsi" bağlanana qədər mərkəz xəttini gücləndirmək niyyətindədir. Lakin keçidin rəsmiləşməsi üçün klub rəhbərliyi futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmalıdır.

Bundan başqa, "Milan" heyətdəki sıxlığı azaltmağı planlaşdırır. Paredesin transferi yalnız hazırkı bir neçə yarımmüdafiəçi satıldıqdan sonra reallaşa bilər.

Qeyd edək ki, 32 yaşlı Paredes "Boka Xuniors"a qayıtdıqdan sonra meydana çıxdığı 42 oyunda 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest