Türkiyənin "Fənərbaxça" klubu "Napoli"nin və Belçika millisinin hücumçusu Romelu Lukakunun transferini hədəfləyib və artıq oyunçunun ətrafı ilə birbaşa danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu səylərini aktivləşdirib, "Fənərbaxça"nın prezidenti isə şəxsən bu prosesə cəlb olunub və razılığın əldə edilməsi üçün çalışır.

Daha əvvəl Lukaku Türkiyə çempionatından gələn iki təklifi rədd etmişdi. Hücumçunun MLS təmsilçisi "Atlanta Yunayted"dən də təklifi var. Lukakunun özünün "Napoli"nin mövsümöncəsi toplanışına qatılmaması onun bu yay mütləq klubunu dəyişəcəyindən xəbər verir.

İtaliya klubu oyunçusu üçün 10 milyon avro əldə etmək istəyir. Romelu 2024-cü idin yayında "Napoli"yə keçib. O vaxtdan bəri "mavilər"in heyətində 45 matça çıxıb, 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest