"Napoli"nin və Belçika millisinin ulduz hücumçusu Romelu Lukaku "Fənərbaxça"ya keçməyə çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar transfer məbləği barədə artıq razılıq əldə ediblər. Keçid Türkiyə təmsilçisinə bonuslarla birlikdə 7–8 milyon avroya başa gələcək.
İlk başda İtaliya klubu oyunçu üçün 10 milyon avro tələb edirdi. Lukakunun özü də daha əvvəl Türkiyəyə köçməyə razılıq verdiyi üçün "Fənərbaxça" bu transferi 48 saat ərzində rəsmiləşdirməyə ümid edir.
33 yaşlı belçikalı hücumçunun satışı "Napoli"yə "Arsenal"dan Qabriel Jezusla müqavilə imzalamaq üçün imkan yaradacaq.
Xatırladaq ki, Lukaku 2024-cü ilin yayında "Napoli"yə keçib. O, neapolluların heyətində 45 oyuna çıxaraq 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.













