"Santos"un braziliyalı hücumçusu Neymar 2027-ci ilin yanvarında "Iİnter Mayami"yə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "LIBERTA DEPRE" səhifəsi "X" sosial şəbəkəsində Felipi Meloya istinadən məlumat yayıb.

Bildirilir ki, Neymarın 2027-ci ilin yanvarından etibarən "İnter Mayami"də çıxış etməsi real ehtimaldır. Lionel Messi, Kazemiro və Luis Suaresin çıxış etdiyi Amerika klubu "Santos"un 10 nömrəli oyunçusunun karyerasını davam etdirəcəyi ən real məkan hesab olunur.

Məhz "İnter Mayami" Neymarın peşəkar karyerasını başa vuracağı klub ola bilər.

Qeyd edək ki, Neymar daha əvvəl Messi ilə birlikdə "Barselona" və PSJ-də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest