İngiltərənin "Mançester Siti" klubu Fransanın "Marsel" komandasının qapıçısı Xeronimo Rulyi ilə müqavilə şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" idman nəşri məlumat yayıb.
Bildirilir ki, rəsmi imzalar atıldıqdan sonra tərəflər arasında 2 illik əməkdaşlıq müqaviləsi qüvvəyə minəcək. "Şəhərlilər" Ceyms Traffordun "Lids"ə keçməsindən sonra 34 yaşlı qapıçını Canluici Donnarummanın dublyoru kimi nəzərdən keçirirlər.
Bu transfer Mançester təmsilçisinə 1,7 milyon funt-sterlinqə (təxminən 2 293 470 dollar) başa gələcək. Qeyd edək ki, Rulyi 2025/2026 mövsümündə klub səviyyəsində 34 matçda iştirak edib və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, Argentina millisinin heyətində dünya çempionatında da iştirak etsə də, turnir ərzində meydana çıxmayıb və ehtiyat oyunçular skamyasında qalıb.













