İspaniyalı yarımmüdafiəçi Rodri La Liqada "Atletik" üzərində qazanılan qələbədən (2:0) sonra "Barselona"nın heyətindəki debütü barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə "Marca" idman nəşri məlumat yayıb.
Kataloniyalıların yeni transferi ikinci hissədə meydana daxil olub. O, komandada xoş təəssürat qazandığını və qarşıda hələ görüləcək çox iş olduğunu vurğulayıb:
"Debüt etdiyim üçün çox şadam. Qələbəyə görə sevinirəm. İki oyundan iki qələbə. Ritmi tutmaq və bu böyük komandaya uyğunlaşmaq vacibdir. Bunlar mənim ilk dəqiqələrim idi və təəssüratlarım yaxşıdır. Uzun bir yay oldu, adidən daha uzun. Tez bir zamanda ritm qazanmalıyam. Bura olmaq istədiyim yer idi və hər şeyin belə getdiyinə görə məmnunam. İndi işləmək lazımdır".
Qeyd edək ki, ispan futbolçu ilə uzun müddət "Real" maraqlanırdı və onunla müqavilə imzalamağa əsas namizəd hesab olunurdu. Lakin kataloniyalar Rodri uğrunda mübarizədə qalib gələrək, 2024-cü il "Qızıl top" mükafatının sahibini "Mançester Siti"dən 60 milyon avroya transfer ediblər, əlavə 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
Xatırladaq ki, bu yay Rodri İspaniya millisinin heyətində dünya çempionatının qalibi olub və turnirin yekununda çempionatının ən yaxşı oyunçusu seçilib.











_1787917220.jpg)

