Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri start götürüb. Matc.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə yığmamızın 3 üzvü xalça üzərinə çıxıb.
 
Georgi Edişeraşvili gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Yığma üzvü iyulun 12-də təsəlliverici görüşdə güləşmək hüququ qazanıb. Türkiyəli güləşçi xalçaya çıxmadığı üçün Edişeraşvili bürünc medal görüşünə vəsiqə qazanıb. Bolqarıstan idmançısını üstələyən Georgi 3-cü yeri tutub.
 
70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən Müslimov adını finala yazdırıb. Hacıyev iyulun 12-də təsəlliverici görüşdən də məğlub ayrılıb. Əvəzində Murtuzəli finalda cəmi 1 dəqiqə ərzində bolqar rəqibini "tuşe" ilə məğlub edərək xatirə turnirinin qalibi olub.
 
Yarışın ikinci günündə daha iki sərbəst güləşçimiz mübarizəyə qoşulub. Əli Rəhimzadə ilk görüşdə tunisli rəqibinə rahat qalib gəlsə də, ABŞ-dan olan həmkarına müqavimət göstərə bilməyib. Abubakr Abakarov isə debütdə ABŞ-ın digər təmsilçisinə məğlub olub. Ancaq hər iki güləşçimizin rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvləri iyulun 13-də mübarizəni bürünc medal uğrunda davam etdirəcək. 
 
57 kq
Təsnifat - Georgi Edişeraşvili - Givi Davidovi (İTA) 10:10*
Təsəlliverici görüş - Georgi Edişeraşvili - Şaban Kızıltaş (TUR) +:-
Bürünc medal görüşü - Georgi Edişeraşvili - Mikyay Salim Naim (BUL) 7:2
 
70 kq
Təsnifat - Murtuzəli Müslimov - İlyas Jumay (KAZ) 9:6
1/4 final - Murtuzəli Müslimov - Gitinoməhəmməd Hacıyev 5:4
1/2 final - Murtuzəli Müslimov - Rayneş Rayneş (İND) 6:0
Təsəlliverici görüş - Gitinoməhəmməd Hacıyev - İlyas Jumay (KAZ) 3:4
FİNAL - Murtuzəli Müslimov - Mixail İliev Georgiyev (BUL) 4:0 (tuşe)
 
65 kq 
Təsnifat - Əli Rəhimzadə - Kaireddine Ben Telili (TUN) 13:2 
1/4 final - Əli Rəhimzadə - Jon Maykl Diakomihalis (USA) 2:13 
Təsəlliverici görüş - Əli Rəhimzadə - Zain Allen Retherford (USA) 
 
79 kq 
1/4 final - Abubakr Abakarov - Aleksandr Deyvid Dierinqer (USA) 0:10 
Bürünc medal görüşü - Abubakr Abakarov - Bəhmən Məhəmməd Teymuri (İRİ)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest