"Slaviya" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Baklı Olimpiya Stadionunda "Sabah"ın qonağı olacaq.

Matc.az xəbər verir ki, Praqa təmsilçisinin baş məşqçisi Yindrix Trpişovski oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Zədəli oyunçuların durumu necədir?
- Bəzi futbolçuların çətinlikləri var idi. Bilirik ki, hansı oyunçular oynamayacaq. Məmnunuq ki, belə futbolçularımız var. Çatışmazlıqları aradan qaldıra bildik.

- "Sabah" haqda nə deyə bilərsiz?
- "Sabah" elə komandadır ki, oyun üslubuna görə "Barselona" ilə müqayisə edərdim. 4-3-3 sxemində oynayırlar. "Sabah" daha çox hücumda oynayır. Onlar topa nəzarət etməyə çalışırlar. Komanda fərdi keyfiyyətlərlə özünü göstərir. "Mançester Yunayted"lə görüşdə də bir neçə qol şans əldə etdilər. Orada yaxşı nəticə əldə etmək olardı. "Sabah" ardıcıl hücumlar həyata keçirən komandadır. Hansı komandanın hücumçuları güclü olursa, bu, həlledici amildir.

- "Slovan"ın baş məşqçisi olarkən "Qarabağ"la Avropa Liqasında qarşılaşmışdınız. Geridə qalan illərdə karyeranızda və Azərbaycan futbolunda sizcə, nə dəyişib?
- Bura ikinci dəfədir ki, gəlirəm. 10 il bundan əvvəl gəlmişdim. Sabah da həmin oyuna uyğun matç olacaq. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da bir çox dəyişikliklər baş verdi. "Slaviya"nın baş məşqçisi oldum və bu cür nəticələr qazanırıq. Bir sıra məsələlər dəyişib. Ətrafım da dəyişib.

- Bir çox azarkeş və bukmekerlərin təhlilinə görə favorit sizsiniz. Bu haqda nə düşünürsüz?
- Balkanlarda 4-5 il əvvəl olmuşam. Onlar tanınmış deyil, amma yaxşı oynayırlar. "Sabah"la oyun bizə çox böyük təcrübə verəcək. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest