Gabrielin “Real”a keçəcəyi təqdirdə “Mançester Yunayted”in təxminən 300 min funt-sterlinq təlim kompensasiyası əldə edəcəyi bildirilir.

“Mançester Yunayted”in 16 yaşlı futbolçusu Qabrielin klubdan ayrılaraq Madrid “Real”ına  keçməyə hazırlaşması İngiltərədə qalmaqala səbəb olub. Matc.az saytının “The Times”ə istinadən məlumatına görə, Mançester təmsilçisi gənc futbolçunun digər klublar tərəfindən qaydaları pozmaqla transferə razı salınıb-salınmadığını araşdırır. 
 
Klub belə bir halın sübuta yetiriləcəyi təqdirdə hüquqi addımlar ata bilər.
 
Qabrielin “Real”a keçəcəyi təqdirdə “Mançester Yunayted”in təxminən 300 min funt-sterlinq təlim kompensasiyası əldə edəcəyi bildirilir.
 
İngiltərə klubu hələlik futbolçunun qeydiyyat hüququnu özündə saxlayır. Qabrielin nümayəndələrinin isə yay aylarından etibarən başqa klublarla görüşlər keçirdiyi iddia olunur.
 
Qeyd edək ki, gənc hücumçu Avropanın ən perspektivli yeniyetmə futbolçularından biri hesab olunur. “Real”ın bu transferdə maraqlı olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest