“Çelsi”nin ukraynalı futbolçusu Mixail Mudrik baş məşqçi Xabi Alonso ilə arasında baş tutan söhbətin təfərrüatlarını açıqlayıb. O bildirib ki, ispaniyalı mütəxəssis yay transfer pəncərəsində ona müvəqqəti olaraq komandadan ayrılmağı məsləhət görüb.

Futbolçunun sözlərinə görə, Alonso onunla açıq söhbət edərək daha çox oyun təcrübəsi qazanması üçün icarəyə getməsini istəyib: “Xabi Alonso bunu birbaşa üzümə dedi: Get, oyna, oyun təcrübəsi qazan və sonra “Çelsi”yə qayıt. O, eyni zamanda mənə güvəndiyini də bildirdi”.

Qeyd edək ki, Mudrik “Çelsi”yə Donetsk “Şaxtyor”undan transfer olunub. .

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest