O bildirib ki, məsələ UEFA və müvafiq dövlət qurumları ilə müzakirə olunur: "Hələ ki, rəsmi açıqlama olmayacaq. Həftənin sonuna qədər bununla bağlı ictimaiyyətə məlumat verilə bilər. Çünki bütün məsələlər müzakirə mərhələsindədir".
"Bir neçə ssenarimiz var. AÇ-2020-də hansısa bir oyunun azarkeşsiz keçirilməsi ehtimalı yoxdur. Ev sahibi hər ölkə oyunların azarkeşlərlə keçirilməsini təmin etməlidir. Yekun qərar aprelin 20-də veriləcək".
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.