Qadın tennisinin digər önəmli siması, Tokio-2020-nin məşəlini yandıran Naomi Osaka isə Olimpiadaya uğurlu start verib. Yapon tennisçi Çjen Sansaya (Çin) şans verməyib - 2:0 (6:1, 6:4).
Təsnifat mərhələsinin digər iki raundu sabah keçiriləcək. Etap sabah Bakı vaxtı ilə saat 05:00-da start götürəcək. Kişilərin stend atıcılığında medalçıların kimliyinə saat 10:50-də başlayacaq finalda aydınlıq gələcək.
Finalçılar arasında təsnifat nəticəsinə görə hamıdan geri qalan və heç kimin şans vermədiyi Tunis idmançısı - 18 yaşlı Ahmed Hafnaui qızıl medal qazanıb.
B qrupunda Rio-2016-nın qalibi ABŞ Yaponiyaya gücünü göstərib. Amerikalılar ev sahiblərinə 25:4 hesabı ilə qalib gəliblər. Günün sonuncu matçında isə ROK (Rusiya Olimpiya Komitəsi) Çini çətinliklə olsa da, üstələyə bilib - 18:17.
Təsnifatda Ruslanla yanaşı, 36 idmançı qüvvəsini sınayıb. Lunyov bu mərhələdə 544 xal (95; 95; 98; 94; 97; 95) toplayıb və 20-ci yeri tutub. Reqlamentə görə final mərhələsinə ilk "səkkizlik"də yer alan atıcılar yüksəlib və bu səbəbdən Lunyovun medalsız qalması rəsmiləşib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.