"Qarabağ" Sevilyaya yollandı
Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyaya yollanıb. Komanda bir qədər əvvəl Bakını tərk edib. Saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisini 6,5 saatlıq uçuş gözləyir.



























