APOEL Tomas Dollu istefaya göndərdi
Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib. Baş məşqçi Tomas Dolla yollar ayrılıb. Bildirilib ki, ötən həftəsonu çempionat çərçivəsində "Olimpiakos"a 0:2 hesablı məğlubiyyət rəhbərliyi radikal addıma vadar edib.