"Bney Yehuda"nın futbolçusunun qolu qırıldı, xəstəxanaya aparıldı
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" qələbəni əldən verməklə yanaşı, bir futbolçusunu da itirib. Müdafiəçi Paz Ben Ari sıradan çıxıb. Qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan 23 yaşlı futbolçu sağ qolundan xəsarət alıb.



























