31 İyul 2019, 21:27
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk"u qəbul edən "Qarabağ"da itki baş verib. Matc.az saytının məlumatına görə, yarımmüdafiəçi Filip Ozobiç sıradan çıxıb.
Xorvatiyalı futbolçu qarşılaşmanın 24-cü dəqiqəsində topa zərbə vurduğu epizodda rəqiblə toqquşaraq, zədə alıb. Matçı davam etdirə bilməyən Ozobiçi bir dəqiqə sonra Dani Kintana əvəzləyib.
Qeyd edək ki, hazırda birinci hissəsi gedən oyunda "Qarabağ" 1:0 hesabı ilə öndədi.