çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, artıq III raundun cütləri müəyyənləşib.
Avqustun 6-7-də və 13-də baş tutacaq mərhələdə 10 cüt üz-üzə gələcək. Onlardan 6-sı çempionlar yolu, 4-ü Liqa yolunda olacaq.
Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə APOEL-lə qarşılaşacaq. İlk oyun Kiprdə, cavab qarşılaşması isə Bakıda keçiriləcək.
çempionlar Liqası
III təsnifat mərhələsi
çempionlar yolu
çFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) – "Qarabağ" (Azərbaycan)
PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
"Srvena Zvezda" (Serbiya) – "Kopenhagen" (Danimarka)
"Maribor" (Sloveniya) – "Rusenborq" (Norveç)
Liqa yolu
"Başakşəhər" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
"Bazel" (İsveçrə) - LASK (Avstriya)
"Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)
"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)