12 Sentyabr 2019, 13:38
FUTBOL
“Real”ın və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay dünən saxlanılıb. Matc.az xəbər verir ki, korrupsiya və “çirkli pullar”ın yuyulmasında ittiham olunan Henrotayın 2 mənzilinə, 1 qayığına, 3 bahalı avtomobilinə və 7 milyon avro puluna həbs qoyulub.
Henrotay Kurtua ilə yanaşı, Yannik Ferreyra Karrasko və Kevin Miralyasın da meneceridi.