"Qapıçımız Aytac Şərifovanın oyununu xüsusi qeyd etməliyəm. Doğrudu, müəyyən səhvlərə yol verdik və buna görə qapımızda qollar gördük. Bununla belə, qapıçımızın çox yaxşı çıxış etdiyini qeyd etməliyəm"

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində İspaniyaya uduzan Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov oyunla bağlı fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, çalışdırıcı 0:4 hesablı məğlubiyyəti rəqibin güclü olması ilə əlaqələndirib: "İspaniya milli komandasının qadın futbolunda hansı mövqedə olması hamıya bəllidi. Bütün oyun ərzində böyük təzyiq altında olacağımızı bilirdik. Oyun elə gözlədiyimiz məcrada da keçdi. Rəqibimizin bir çox oyununu təhlil etmişdik. Hadisələrin axarı bizim üçün gözlənilməz deyildi. Qapıçımız Aytac Şərifovanın oyununu xüsusi qeyd etməliyəm. Doğrudu, müəyyən səhvlərə yol verdik və buna görə qapımızda qollar gördük. Bununla belə, qapıçımızın çox yaxşı çıxış etdiyini qeyd etməliyəm. Uzun müddətdən sonra ilk dəfə qadınlardan ibarət milli komandamız rəsmi oyuna çıxdı. özü də belə bir güclü rəqiblə qarşı və böyük azarkeş dəstəyinin müşayiəti ilə. Təbii ki, bu atmosferdə oynamaq komandamız üçün çətin idi. Bu oyun bizim üçün güclü təzyiqə uyğunlaşma və böyük təcrübə baxımından əhəmiyyətli oldu".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest