23 Dekabr 2024, 12:14
FUTBOL
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının XVII turunda “Tottenhem”lə keçirilən oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Matc.az xəbər verir ki, misirli forvard bununla yeni rekord müəyyənləşdirib.
O, Premyer Liqa tarixində Miladdan əvvəl 10 qol vuran və 10 assist edən ilk oyunçu olub. Salahın cari mövsüm qol+pas sistemində 25 (15+10) xalı var. 32 yaşlı futbolçu bir mövsümdə Miladdan əvvəl həm qol, həm də assist sayını 10-a çatdıran ilk futbolçu kimi Premyer Liqa tarixinə düşüb.
Qeyd edək ki, “Liverpul” səfərdə 6:3 hesablı qələbə qazanıb. Məhəmməd Salah bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə verib.