“Sevilya”nın müdafiəçisi Xesus Navas karyerasını başa vurub. Matc.az xəbər verir ki, 39 yaşlı müdafiəçi dünən son oyununa çıxıb.

O, İspaniya La Liqasının XVIII turunda “Real”la səfər görüşündə sonuncu dəfə yaşıl meydanlara ayaq basıb.

Navas komandasının 2:4 hesabı ilə məğlub olduğu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. “Santyaqo Bernabeu” stadionuna toplaşan azarkeşlər Navası alqışlarla qarşılayıb. Matçdan əvvəl isə hər iki komandanın futbolçuları ona çempionluq dəhlizi qurublar. Müdafiəçi göz yaşları içində meydana daxil olub.

Qeyd edək ki, Xesus Navas İspaniya millisinin heyətində dünya (2010) və Avropa (2012, 2024) çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest