Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib. Matc.az xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb.
Orta göstərici 1604-ə bərabər olub. İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdu – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdi. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdü. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdi.
yer |
komanda |
oyun |
tamaşaçı |
Orta |
1 |
Turan Tovuz |
9 |
39700 |
4411 |
2 |
Neftçi |
9 |
21931 |
2437 |
3 |
Sumqayıt |
9 |
21450 |
2383 |
4 |
Qarabağ |
9 |
13820 |
1536 |
5 |
Sabah |
9 |
12904 |
1434 |
6 |
Şamaxı |
9 |
9800 |
1089 |
7 |
Kəpəz |
9 |
9650 |
1072 |
8 |
Səbail |
9 |
6500 |
722 |
9 |
Zirə |
9 |
6400 |
711 |
10 |
Araz-Naxçıvan |
9 |
2200 |
244 |
|
Cəmi |
90 |
144355 |
1604 |