İFFHS 2024-cü ilin ən yaxşı milli məşqçilərini açıqlayıb. Matc.az xəbər verir ki, İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente bu ada layiq görülüb.

O, 274 xal toplayaraq bunu bacarıb. Argentina yığmasının çalışdırıcısı Lionel Skaloni 148 xalla ikinci yeri tutub. İlk “üçlüy”ü Fransa millisinin baş məşqçisi Didye Deşam qapayıb – 35 xal.

Qeyd edək ki, əvvəlki iki ildə bu mükafatı Skaloni qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest